Haqqımızda

“Magic Land”də dərslərin 7 ayrı qrup üzrə aparılması üçün hər cür imkan mövcuddur.

Uşaqların sağlamlığını qorunması kimi mühüm məsələ diqqət mərkəzində saxlanır. Bağçamızda yeməklər təcrübəli aşpazlar tərəfindən hazırlanır. Bağçamızın mətbəxi gündəlik olaraq təbii və keyfiyyətli qida məhsulları ilə təmin edilir. Yeməklər daimi həkim nəzarəti altında hazırlanır.

Bağçamızın mətbəxi haqqında ayrıca danışmağa dəyər. Mətbəximizdəki yeməklər xüsusi pəhriz üzrə təcrübəli aşpazlar tərəfindən hazırlanır. Gündəlik olaraq yeməklərin siyahısı valideynlərin tanış olmasından ötrü xüsusi lövhədən asılır. Hər bir valideyn əvvəlcədən müraciət etməklə öz övladı üçün məxsusi yeməklər sifariş edir, yaxud menyudakı bu və digər yeməyi çıxarır. Mətbəxin fəaliyyəti qəbul edilmiş müasir standartlar əsas götürülməklə dietoloqun tərtib etdiyi ümumiləşdirilmiş menyu üzrə daimi həkim nəzarəti altında həyata keçirilir.

Bağçamızın binası analoji binalar üçün nəzərdə tutulmuş standartlara uyğun olaraq elə layihələndirilib ki, bütün gün boyu otaqlara günəş işığı düşür.

5 yaşı tamam olmuş hər bir uşaq artıq məktəbə hazırlıq qruplarından birində dərslərə başlayır. Onların təkcə biliklər mənasında deyil, həm də psixoloji baxımdan özlərini məktəbli hiss edə bilmələri üçün siniflərimiz məktəb siniflərini təkrarı kimi qurulub. Bağçada iki bu cür sinif otağı var. Burada dərslərin ciddiyyəti, rejimi məktəbdən demək olar ki, fərqlənmir. Əsas fərq yalnız qiymətləndirmə sisteminin olmamasındadır. Bunun əvəzinə həftəsonu valideynlərə hər bir uşaq üçün ayrıca tərtib olunmuş raport-dəyərləndirmə təqdim edilir. Valideynlər istədikləri vaxt gündəlik məşğələ və dərc cədvəlləri ilə tanış ola biləcəklər.

Əmin olun ki, hər bir uşağa öz övladımız kimi gülər üzlə, səmimiyyətlə yanaşma fəaliyyətimizin ana xəttini təşkil edir.

 
Azərbaycan dili English Pусский язык
MagicLand