Təəssüratlar

Bir Valideyin olaraq öncə bağçanın bütün işçi heyətinə, müdüriyyətə, tərbiyyəçilərinə, aşpazlarına, mühafizə xidmətinə öz təşəkkürümü bildiriəm. Onlar öz işəirinin öhtəsindən layiqincə gəlirlər və biz övladımızı onlara tam arxayınılıqla etibar edirik. Bağçada uşaqların dünya görüşü formalaşır. Burada onlar rəqs, şahmat öyrənirlər, öz yaş səviyyələrində riyazi biliklərə yiyələnirlər. Düşünürəm ki, Gülnar məktəbə tam hazır səviyyədə bir şagird olaraq gedəcək. Bağçanın gözəl həyəti, geniş oyun sahəsinin olması sevindirici haldır.

Uşaqlarımız burada kifayət qədər əylənirlər. Bağçada qeyd olunan doğum gunu şənliklərini xüsusi qeyd etmək istəyirəm. Uşaqlar çox sevinir və əylənirlər. Övladlaramızın əyləndiyini, sevindiyini görmək bizi də, çox sevindirir. Buna görə sizlərə təsəkkür edirəm.

 

Azərbaycan dili English Pусский язык
MagicLand