Direktorun salamı

Hörmətli valideynlər! , Sevimli balalar!

Sizi xidmətinizdə dayanmağı özümüz üçün amal seçdiyimiz insanları və gələcəyimizin qurucusu olan balacalarımızı “Magic Land” müasir körpələr evi-uşaq bağçasının əlvan tərtibatlı internet səhifəsində salamlamaqdan məmnunuq.

Hər kəsin bildiyi bir sadə həqiqət var: tarix boyu yetişməkdə olan nəslə daha çox qayğı bəsləyən cəmiyyətlər daha firavan və uzun ömür sürüb, daha böyük nailiyyətlərə imza atıblar. Təsadüfi deyil ki, “anaları və müəllimləri güclü olan dövlət heç vaxt yenilməz” söyləyirlər. Anaların və müəllimlərin isə bir amalı var – güclü və bilikli uşaqlar böyütmək! Uşaqlığını tam, dolğun, mənalı və yüksək rifahla yaşayan, hələ kiçik yaşlarından düzgün üsullarla bütün zəruri biliklərə doğru istiqamətləndirilən hər bir fidan mütləq gələcəyin qurub-yaradan, öz əməyi ilə çevrəsinə fayda verən, zəngin daxili aləmi və yüksək intellekti olan güclü insanı kimi formalaşacaq.

Sabahın bacarıqlı və zəkalı insanlarını yetişdirmək üçün çalışmaqdan gərəkli, gözəl iş ola bilərmi!? Biz belə bir mühüm fəaliyyət yoluna çıxdığımıza görə çox xoşbəxtik. Sizi övladlarınızın min bir sehrlə qarşılaşacaqları əsrarəngiz aləmdə – “Magic Land”də gözləyirik. Burada balalarınızın öz vaxtını şən və mənalı, ən əsası da səmərəli keçirmələri, biliklər dünyasına baş vurmaları üçün bütün şəraiti yaratmışıq.

Bizə görə dünyada ən əzəmətli himn körpə qığıltısı, ən gözəl musiqi uşaq gülüşüdür!

“Magic Land”ə gəlin. Gəlin ki, özünüz də görəsiniz və gördüklərinizi sevdiklərinizə də söyləyəsiniz!

TÖHFƏMİZ TƏDRİSİMİZ, TƏŞƏKKÜRÜMÜZ – TƏBƏSSÜMÜNÜZDÜR!

“Magic Land” Uşaq Bağçasının direktoru

Azərbaycan dili English Pусский язык
MagicLand