Təəssüratlar

Magic Land” uşaq bağçası haqqında çox söz demək olar. Bizim üçün bir valideyin olaraq övladımızın sağlamlığı hər şeydən üstündür. Burada uşaqlarımız  gün ərzində bir neçə dəfə həkim nəzrarəti altında keyfiyyətli sağlam yeməklərlə təmin olunurlar.Bunlar onu göstərir ki, övladımız yaxşı əllərdədirlər. Onlara çox güvənirik. Biz tam əminliklə deyə bilərik ki, bağçanın müdüriyyətindən və tərbiyəçilərindən razıyıq və onlara öz təşəkkürümzi bildiririk.

Fidan xanım - Firuzun valideyni

“Magic Land” bağçasında uşaqlar üçün onların inkişafı, sağlam gələcəyi, ağıllı və bilikli böyümələri üçün hər şey nəzərdə tuulub. Tərbiyəçilər çox mehriban və gülərüzdülrər. Uşaqlara böyük məhəbbətlə və qayğı ilə yanaşırlar. Burada uşaqlar hər gün yeni nə isə öyrənirlər. Oğlumun gələcəyinin parlaq olmasına inanıram. Çünki o, öz təhsilini ona daima yeni biliklər verən bağçadan alır.

Ləman xanım - -- valideyni

Bir Valideyin olaraq öncə bağçanın bütün işçi heyətinə, müdüriyyətə, tərbiyyəçilərinə, aşpazlarına, mühafizə xidmətinə öz təşəkkürümü bildiriəm. Onlar öz işəirinin öhtəsindən layiqincə gəlirlər və biz övladımızı onlara tam arxayınılıqla etibar edirik. Bağçada uşaqların dünya görüşü formalaşır. Burada onlar rəqs, şahmat öyrənirlər, öz yaş səviyyələrində riyazi biliklərə yiyələnirlər. Düşünürəm ki, Gülnar məktəbə tam hazır səviyyədə bir şagird olaraq gedəcək. Bağçanın gözəl həyəti, geniş oyun sahəsinin olması sevindirici haldır.

Uşaqlarımız burada kifayət qədər əylənirlər. Bağçada qeyd olunan doğum gunu şənliklərini xüsusi qeyd etmək istəyirəm. Uşaqlar çox sevinir və əylənirlər. Övladlaramızın əyləndiyini, sevindiyini görmək bizi də, çox sevindirir. Buna görə sizlərə təsəkkür edirəm.

Aygül - Gülnarın valideyni

Qızım Aylanın “”Magic Land” uşaq bağçasına getməsi çox qısa müddət olmasına baxmayaraq, bağçadan çox razıyam. Mən qızıma qarşı çox diqqətçil olduğumdan uzun müddət seçim qarşısında idim. Bir çox bağçalarla maraqlanmışdım lakin etibar edə bilmirdim. “Magic Land” uşaq bağçasını gördükdən sonra qızımızı bu bağçaya qoymağa qərar verdik. Həqiqətəndə indi qızım “Magic Land” bağçasında olduğu üçün çox rahatam. Qızım hələ 3 yaşı olmasına baxmayaraq ona rus,ingilis dilləri, gimnastika, musiqi,rəqs dərsləri keçrilir. Ən əsası isə Azərbaycan dili burada çox gözəl təbliğ olunur. 3 yaşında ingilis qrupasında olan bir uşağın himnimizi öyrənməsi şəxsən mənim üçün bir fəxirdir. Qızımın təmiz gigenik qida ilə qidalanması mənim üçün çox vacibdir. Ona görə “Magic Land” bağçasının bütün işçi personalına, müəllimələrinə təşəkkürümü bildirirəm.Mən bir ana olaraq çox rahatam ki, övladımı Magic Land uşaq bağçasına etibar etmişəm!

Nigar - Aylanın valideyni

Bağçanı ilk gördüyüm anda məndə çox xoş təssürat yaratdı. Uşaqlar üçün burada hər bir şərait yaradılıb. Gülərüz müəllim kollektivi də hər an uşaqlarla xoş ünsiyyət qurmağa çalışır. Təlim və təhsilə çox ciddi yanaşılır. Qızım da, bağçasına sevə-sevə gedir. Bir sözlə bağçadan və onun kollektivindən çox razıyam. İnşAllah qızımda tezliklə bu bağçanın məzunu olub məktəbə ilk qədəmlərini qoyar.

Sevinc xanım - Nailənin valideyni

Azərbaycan dili English Pусский язык
MagicLand